Bəzi avtobuslar xətdən uzaqlaşdırılacaq-VİDEO
01.06.2016 612 0.0 0

Paytaxtda bəzi avtobuslarda vəziyyət acınacaqlıdır. Əksər avtobusun oturacaqları sınıqdır. Oturacaqlardan yıxılıb xəsarət alan sərnişinlərdə var. Əməkdaşlarımız bu gün paytaxtda fəaliyyət göstərən belə marşurut avtobuslarında olublar.

Oturacaqlar ya cırıqdır, ya da sınıq.  Paytaxt daxilində hərəkət edən əksər marşrut avtobuslarının salonunda bu mənzərə var. Nəticədə sərnişinlər rahat otura bilmir, hətta oturacaqdan yıxılıb xəsarət alanlar da var.

Belə mənzərəni 30, 175, 32, 46 və digər bir sıra avtbuslarında görmək mümkündür.

Bakı Nəqliyyat Agentliyinin sözçüsü Nuridə Allahyarova bildirir ki, qurum tərəfindən də belə faktlar aşkarlanıb. Bu barədə daşıyıcı şirkətlərə ciddi xəbərdarlıqlar edilib. Yaxın vaxtlarda Bakıda bütün avtobuslara baxış keçiriləcək və ümumi islahatlar aparılacaq. Rahatlıq və texniki baxımdan standartlara cavab verməyən avtobuslar xəttən uzaqlaşdırılaraq./xezerxeber.com/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar