Bəstəkar Oqtay Zülfüqarovla vida mərasimi keçirilir
31.08.2016 702 0.0 0

Azərbaycanın xalq artisti, bəstəkar Oqtay Zülfüqarovla vida mərasimi başlayıb.
 

APA-nın məlumatına görə, bəstəkarla vida mərasimi Təzəpir məscidində keçirilir. 
 
 
Bəstəkar vida mərasiminin ardından II Fəxri xiyabanda dəfn olunacaq. 
 
 
87 yaşlı xalq artisti bu gün səhər vəfat edib.

 

 

*****

Azərbaycanın xalq artisti, bəstəkar Oqtay Zülfüqarov vəfat edib.
 
Bu barədə Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə məlumat verib.
 
F. Əlizadə bəstəkarın bu gün səhər dünyasını dəyişdiyini bildirib.
 
Bəstəkarla vida mərasimi Təzəpir məscidində keçirilək. O. Zülfüqarov II Fəxri xiyabanda dəfn olunacaq.
 
Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də anadan olub. 1972-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adına, 2000-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb.
 
3 övladı var.
 
O. Zülfüqarov müxtəlif janrda əsərlərin müəllifi olsa da, əsasən uşaq mahnılarının müəllifi kimi tanınır./apa/

 


Digər xəbərlər:
Şərhlər
avatar