Bərdədə toyda oynamaq üstündə dava düşdü
22.07.2015 498 0.0 0

Bərdədə toyda dava düşüb. Bərdə Rayon Polis Şöbəsindən verilən məlumata görə, iyulun 21-də Böyükgöyüslü kəndində baş tutan toyda saat 22:30-da kütləvi dava olub. 

Röyal Tahir oğlu Həsənovun toy mərəsimində kənd sakini Ayxan adlı şəxslə həmkəndlisi Kamil Novruzov arasında mübahisə düşüb. Davaya səbəb qonaqların rəqs etmək üstündə anlaşa bilməməsi olub. Nəticədə Ayxan Kamil Novruzova yumruq zərbəsi endirib. Mübahisəni görən Kamilin atası Camal Novruzov tərəfləri sakitləşdirmək üçün müdaxilə edib. Elə bu zaman Ayxan Camal Novruzova da küt alətlərlə xəsarət yetirib. 

Yaralı dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan yaralının vəziyyətinin orta- ağır olduğu bildirilib.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar