Bərdədə görünməyən faciəli ölüm
05.08.2015 1117 0.0 0

Bərdə rayonunda bədbəxt hadisə baş verib. 

Rayon Polis İdarəsindən verilən məlumata görə, rayon sakini 2000-ci il təvəllüdlü Gülçin Gündüz qızı Əliyeva yaşadığı evin həyətində yelləncəkdə yellənərkən kəndirə dolaşaraq boğulub. Hadisə rayunun Füzüli küçəsində qaraçıların məskunlaşdığı məhəllədə baş verib. 

Qızın nəfəs ala bilmədiyini görən ailə üzvləri dərhal kəndiri onun boğazından açaraq avtomobillə Bərdə rayon Mərkəzi Xəstəxanasına göndərilib. Lakin G.Əliyevanın nəfəsi kəsilib və yolda dünyasını dəyişib. Ailə üzvləri qızın öldüyünə inanmayıblar və onu xəstəxanaya çatdırıblar. 

Həkimlər qızın yolda olarkən dünyasını dəyişdiyini təsdiqləyiblər.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar