Bərdədə 6 yaşlı uşaq xəstəxanada öldü- VİDEO
25.09.2017 753 0.0 0

Bərdə rayonunda azyaşlı xəstəxanada ölüb. APA TV-nin Qarabğ bürosunun xəbərinə görə, hadisə ötən gün mərkəzi uşaq xəstəxanasında qeydə alınıb.

 

6 yaşlı Vəlizadə Səma Elmir qızı yüksək hərarətlə valideynləri tərəfindən xəstəxanaya gətirilib və iki saat keçməmiş həyatını itirib.

 

Həkimlərin bildirdiyinə görə, azyaşlı xəstəxanaya gətirilərkən vəziyyəti çox ağır olub. Bütün zəruri yardımlar göstərilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Uşağın valideynləri isə azyaşlının ölümündə həkimləri günahlandırırlar.

 

Faktla bağlı araşdırma aparılır.

 


Digər xəbərlər:
Şərhlər
avatar