BƏƏ rəhbərliyi Poroşenkonun açıqlamasını təkzib etdi
27.02.2015 778 0.0 0

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyi rəsmi Kiyevin Əbu-Dabinin onlara silah satacağı ilə bağlı açıqlamasını təkzib edib.
 
Lenta.ru-nun xəbərinə görə, bu barədə ölkənin xarici işlər nazirinin müşaviri Faris əl-Məzrui açıqlama verib.
 
“BƏƏ və Ukrayna arasında hərbi-texniki əməkdaşlıq haqqında razılaşma Əbu-Dabinin Ukraynaya silah tədarükünü nəzərdə tutmur”, - deyə o bildirib. Əl-Məzruinin sözlərinə görə, bu sənəd yalnız iki ölkə arasında bu sahədə əməkdaşlıq sisteminin bir hissəsidir.
 
Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenko BƏƏ rəhbərliyi ilə silah tədarükü barədə razılığa gəldiklərini açıqlayıb. Ukrayna daxili işlər nazirinin müşaviri, deputat Anton Geraşşenko özünün "Facebook" səhifəsində bildirib ki, razılıq Ukrayna lideri ilə BƏƏ-nin ali baş komandan müavini, Əbu Dabi Əmirliyinin vəliəhdi Məhəmməd əl-Nahyan arasındakı görüş zamanı əldə olunub. Danışıqlar Pyotr Poroşenkonun “İDEX-2015” sərgisində iştirakı çərçivəsində əmirliyin paytaxtında aparılıb.
 
A.Geraşşenko BƏƏ-dən alınacaq silah və hərbi texnikanın növü və miqdarını açıqlamayıb: “Avropalılar və amerikalılardan fərqli olaraq, ərəblər Ukraynaya silah və hərbi texnika veriləcəyi halda, 3-cü Dünya müharibəsinin başlanacağı ilə bağlı Putinin təhdidlərindən qorxmur. Deyəsən, neftin qiymətinin iki dəfə azalması və qlobal qeyri-stabilliyin yaranması kimi BƏƏ-nin uzunmüddətli inkişafına mane olan amillərə görə onların Putinlə öz hesabları var. Yəni bu, onların kiçik intiqamı olacaq”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar