Bələdiyyə sədrinə cinayət işi açıldı
24.11.2021 228 0.0 0

Zaqatala rayon Bəhmətli kənd bələdiyyəsinin sədrinin qanunsuz hərəkətləri barədə rayon prokurorluğuna müraciət daxil olmuşdur.
Qazeta.info Respublika Prokurorluğunun məlumatına əsasən bildirir ki, aparılmış araşdırmalarla bələdiyyənin sədri Həsrət Musayevin öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2018-2021-ci illər ərzində ümumilikdə 13 min 856 manat məbləğində bələdiyyə vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
 Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 179.2.4-cü (şəxs tərəfindən öz qulluq  mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar