«Azəryolservis» yol qazanlara qadağa qoydu
04.05.2015 609 0.0 0

 

Qazeta.info  Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-yə istinadla bildirir ki, qurum yollarda zəruriət olmadan qazıntı işlərinin dayandırılması üçün aidiyyatı təşkilatlara müraciət ünvanlayıb.

Belə ki,  “Azəryolservis” ASC qəza halları istisna olmaqla planlı şəkildə həyata keçirilməsi nəzərdə tutulan,  asfalt-beton örtüyü qazılaraq yeraltı komunikasiya xətlərinin çəkilişi və təmiri işlərinə icazə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən may ayının 15-dən 1-ci Avropa Oyunları bitənədək müvəqqəti dayandırıldığını elan edib.

Bununla əlaqədar olaraq aidiyyatı qurumlardan anlayışlı olmaqları xahiş edilir və öz işlərini iyul ayından sonrakı dövrə planlaşdırmaqları tövsiyyə olunur. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar