«Azərsu»nun anbarında faciə baş verib
08.12.2015 581 0.0 0

“Azərsu” ASC-nin su anbarında faciəli hadisə baş verib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə dekabrın 7-də Abşeron rayonunun Saray qəsəbəsində “Azərsu” ASC-nin su anbarında qeydə alınıb. Qaynaq işləri aparan Sumqayıt şəhər sakini Həbib Qasımovun üzərinə dəmir boru düşüb və o, hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.  /apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar