«Azərenerji» Rusiyadan qaz alacaq
01.02.2016 501 0.0 0

 Azərbaycan "Azərenerji" ASC üçün Rusiyanın "Qazprom" şirkətindən təbii qaz almağı nəzərdə tutur.

Məlumata görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, "Azərenerji" ASC-yə Rusiya qazının nəql olunması üçün SOCAR-ın infrastrukturundan istifadə oluna bilər.
"Azərbaycanda "Azərenerji"yə əlavə həmcdə qaz lazımdır, hazırkı həcm çatmır. Buna görə də qaz idxalı nəzərdə tutulur. SOCAR bunun üçün öz infrastrukturunu təklif edə bilər", - deyə E.Nəsirov əlavə edib. /report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar