Azərbaycanlıların toy karvanı Moskvada yol bağladı (VİDEO)
24.05.2015 1056 0.0 0

Rusiyanın paytaxtı Moskvada azərbaycanlıların toy karvanı yolu bağlayıb.

Məlumata görə, mayın 23-də Varşava magistralında azərbaycanlılara məxsus toy karvanının maşınları yol getdiyi zaman qəfildən hərkəti dayandırıb. 

Həmin karvana aid olan avtomobillərdən birində isə bunu videoya çəkərək sosial şəbəkədə paylaşıblar. 

Kadrlarda da görünür ki, ümumilikdə beş maşın körpüyə girəndə qəsdən yolu kəsiblər. Onlardan ikisinin üzərində Azərbaycan bayrağı olub. Dayanan maşınların içərisindən adamlar çıxaraq bəylə gəlini təbrik ediblər. 

Yoldakı bu durğunluq cəmi 30 saniyə davam etsə də, magistral yolda sıxlıq yaranmasına səbəb olub./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar