Azərbaycanlı Rusiyada sərnişin təyyarəsində intihara cəhd edib
26.05.2015 630 0.0 0
“Moskva-Sankt-Peterburq” reysi ilə uçan təyyarədə intihara cəhd olub.

 

“fontanka.ru” saytına istinadən verdiyi məlumata görə, hadisə mayın 25-i saat 23 radələrində baş verib.

 

Təyyarə “Pulkovo” havalimanına eniş etməzdən qabaq 62 yaşlı azərbaycanlı kişi tualetə girərək qapını kilidləyib. “Daha belə yaşamaq istəmirəm” deyə qışqıran azərbaycanlı qol damarlarını kəsib. Bunu görən stüardessa fövqəladə vəziyyət əməkdaşlarını çağırıb. Həmin şəxs xilas edilib və xəstəxanaya çatdırılıb. Faktı nəqliyyat polisinin mətbuat xidməti təsdiqləyib. İntihar etmək istəyən şəxsin kimliyi açıqlanmır.

 

Sank-Peterburq hüquq-mühafizə orqanları təyyarədə intihara cəhd faktı ilə bağlı araşdırma aparır. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar