Azərbaycanlı referi beynəlxalq oyunlara təyinat alıb
16.08.2017 682 0.0 0

FIFA referisi Elçin Səmədli beynəlxalq oyunlara təyinat alıb.

AFFA-ya istinadən verilən məlumata görə, o, futzal üzrə UEFA kubokunun ilkin təsnifat mərhələsinin H qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.

“Levski” (Bolqarıstan), “Knooppunt” (Hollandiya), TMT (Şotlandiya) və “Sjarmtrollan Idrettslag” (Norveç) komandalarının mübarizə aparacağı bu qrupun oyunları avqustun 22-dən 28-dək Norveçin Tromso şəhərində keçiriləcək./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar