Azərbaycanlı pəhləvanlar riskli çıxışlarla rusları təəccübləndirdilər
14.02.2018 1087 0.0 0

Hüseyn və Laçın qardaşları Rusiyada 10 rekord təzələdilər

Azərbaycanlı məşhur pəhləvan Hüseyn və Laçın Abdulhüseynov qardaşları bu dəfə Rusiyada hamını təəccübləndirməyi bacarıblar. Bu barədə Laçın Abdulhüseynovun özü məlumat verib.

O bildirib ki, Rusiyada "Rekordlar kitabı" federasiyası tərədindən dəvət alıblar və Rusiyanın Birinci kanalının maddi dəstəyi ilə ora gediblər.

Laçın Abdulhüseynov bildirib ki, çıxış zamanı bir neçə rekordu təzələyiblər: "10-dan çox rekordumuz olsa da, çoxu təhlükəli olduğu üçün öncə 3 rekord qeydə alındı. Digərləri təhlükəli olduğu üçün əvvəlcə qeydə alınmadı".

"Qardaşım Hüseyn mismarlar üzərinə uzanaraq qarnına yaba qoymaqla üzərində 85 kilodan ağır yükü saxlayaraq rekord vurdu, sonra boğazına beli qoyaraq üstündə 60 kilodan yuxarı adam saxlamaqla rekord vurdu. Çıxışlarımız ayaq üstə alqışlandı. Verlişdə olan ekspert bizim çıxışlarımızın çox təhlükəli olduğunu bildirdi. Bizə rekordları yenilədiyimiz üçün 3 sertifikat verildi", – deyə pəhləvanımız əlavə edib.

Qeyd edək ki, veriliş Rusiyanın Birinci kanalında fevralın 23-də yayımlanacaq./Sputnik/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar