Azərbaycanlı nazir İrəvana getməkdən imtina etdi
16.11.2016 833 0.0 0

Azərbaycan Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin İrəvanda keçiriləcək qeyri-rəsmi görüşündə iştirak etməyəcək. 

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hikmət Hacıyev bildirib. 

Qeyd edək ki, noyabrın 17-də İrəvanda Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin 8-ci qeyri-rəsmi görüşü keçiriləcək.

İrəvanda keçiriləcək görüşdə Aİ-nin Avropa Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Yohannes Han və digər avropalı rəsmilər iştirak edəcək. 

Şərq Tərəfdaşlığının tərkibinə Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna daxildir./Azvision.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar