Azərbaycanlı namizəd Saakaşvilinin tərəfdaşının yerini tutmaq istəyir
24.05.2016 613 0.0 0

Ukraynanın Odessa vilayətinin prokuror müavini Azərbaycan əsilli Gündüz Məmmədov vilayətin baş prokuroru vəzifəsinə təyin edilə bilər. ANS PRESS-in Ukrayna KİV-nə istinadən verdiyi məlumata görə, onun prokuror vəzifəsinə təyinatı üçün bir neçə odessalı biznesmen, o cümlədən cəmiyyətdə birmənalı qarşılanmayan Vladimir Qalanternik lobbiçilik edir. Odessanın meri Gennadi Truxanov məhz Qalanterikin adamıdır. Onların hər ikisi Rusiya biznesinə yaxın adamlar hesab edilirlər. 

Truxanov uzun müddət Rusiyanın “Lukoil” şirkətinin Ukraynadakı nümayəndəsi olub.  

Mətbuatda yazılanlara görə, Odessa prokuroru vəzifəsinin “bazar qiyməti” hazırda 5 milyon dollardır. Qubernator Mixail Saakaşvilinin tərəfdaşı David Sakvarelidzenin azad edilməsindən sonra Odessa vilayət prokuroru vəzifəsi hələ də vakant qalır.

Bu vəzifəyə əsas namizəd hesab edilən Gündüz Məmmədov isə prokurorluq sistemində çoxdan işləyir. O, Meçnikov adına Odessa Milli Universitetini 1996-cı ildə bitirib və prokurorluq sistemində işə qəbul olub. 2014-cü ildə Odessa prokuroru təyin olunub, lakin 2015-ci ilin sonunda onun yerini Sakvarelidze tutub. G.Məmmədov nüfuzlu ailədəndir. Onun əmisi İlham Məmmədov bir vaxtlar “Lukoil-Ukrayna” şirkətinin baş direktoru olub. İlham Məmmədovun “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla sıx əlaqələri var. Habelə o, Donetsk klanı və Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçlə bağlı olub. Zəngin qohumlarına baxmayaraq Gündüz Məmmədov sadə həyat tərzi sürür. Ümumilikdə o 188,5 min qrivna (11,2 min manat) qazanıb. Ötən il o, heç bir əmlak haqda bəyannamə verməyib. 

G.Məmmədovun kiçik qardaşı Elçin Məmmədov isə SOCAR-ın Ukrayna nümayəndəliyinin rəhbəridir. Onun odessalı siyasətçilərlə yaxın əlaqələri var. Bu əlaqələr sayəsində Odessanın mərkəzində “SOCAR” yanacaqdoldurma məntəqələri açıb. Ukrayna müstəqil xəbər portalı yazır ki, “rusiyameyilli “neft prokuroru”nun Odessa regional prokurorluğunun rəhbərliyinə gətirilməsini Rusiyaya bağlı oliqarxlar istəyir./anspress/


Digər xəbərlər:
Şərhlər
avatar