Azərbaycanlı milyarder üçün yeni şans (VİDEO)
12.12.2015 1072 0.0 0

Telman İsmaylovun müflis olması ilə bağlı noyabrın 19-da etdiyi müraciətinə məhkəmə dekabrın 26-da baxacaq.

ANS TV-nin məlumatına görə, Telman İsmayılov müflis elan edilərsə, uzun müddətli kredit borclarından xilas ola bilər.

Dumanın iqtisadi məsələlər üzrə komitisənin üzvü Anatoliy Karpov bu ilin oktyabr ayından etibarən güvvəyə minən müflisləşmə qanunun ən böyük faydasının da Telman İsmayılov kimi iş adamlarına dəyə biləcəyini deyir:

“Şəxsi müflisləşmə ilə bağlı qanun fiziki şəxslərin borc öhdəliklərinin ömür boyu davam etməsinin qarşısını alır. Vətəndaş müflis elan edilməsi üçün məhkəməyə müraciət edir. Məsələn, Telman İsmayılov müflis elan olunsa, məhkəmə qərarıyla bir tarix müəyənləşdirilir. Bu tarixədək onun əlində nə varsa satılır. Kiçik qismi həmin şəxsə verilir. Digərləri isə kreditorlar arasında paylaşdırılır. Beləcə vətəndaş ömürlük borclu qalmaqdan azad edilir”.

Rusiyanın “Moskva bankı” Moskva Arbitraj Məhkəməsində iş adamı Telman İsmayılova qarşı 213 milyon dollarlıq iddia qaldırıb. Telman İsmayılovun Moskvadakı əmlakına həbs qoyulub.

Telman İsmayılov Moskva Arbitraj Məhkəməsinə özünün müflis elan edilməsi üçün müraciət edib. Onun iflasa uğradığı qəbul edilərsə, “Praqa” restoranından sonra “Tropikano” biznes mərkəzi də satışa çıxarılacaq./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar