Azərbaycanlı iş adamının qətlində erməni izi
25.08.2015 608 0.0 0

Ukraynanın Xerson vilayətində azərbaycanlı iş adamı Vüqar Nuruşuvun qətli ilə bağlı cinayət işi çərçivəsində bir nəfər saxlanılıb.

Virtualaz.org saytına istyinadən verilən məlumata görə V. Nuruşovun qardaşı İlqar Nuruşov bildirib ki, saxlanılan şəxs milliyyətcə erməni, ehtiyatda olan milis generalı, iş adamı Luqasyanın mühafizəçisi, Ukrayna vətəndaşı, 22 yaşlı Rostislav Brinskidir. Xerson polisi tərəfindən saxlanılan R. Brinski ilkin ifadəsində V. Nuruşovu öldürdüyünü etiraf etsə də, cinayətin digər iştirakçılarının və sifarişçinin kimliyini hələ ki etiraf etməyib. İstintaq davam edir.

Əslən Azərbaycanın Beyləqan rayonundan olan iş adamı, 1976-cı il təvəllüdlü Nuruşov Vüqar Qiyas oğlu iyunun 24-də Xersonda itkin düşüb. Onun meyiti iyunun 28-də tapılıb. Vüqar Nuruşov bir neçə ildir qardaşı ilə bərabər Xerson vilayətində kiçik ticarətlə məşğul olub. Eyni şəhərdə daha bir azərbaycanlı - İlham Tağıyev də öldürülüb. V. Nuruşovun qardaşı İlqar Nuruşov qardaşının şəhərdəki bazarın erməni sahibi, milis generalı Luqasyanın dəstəsi tərəfindən öldürüldüyünü bildirib: “Mənim qardaşımın obyektləri o bazara yaxındır. Əvvəldən qardaşımın patriotik mövqeyi həmin bazarı idarə edən Luqasyanın qohumlarının xoşuna gəlmirdi. Bir neçə dəfə qardaşımı təhdid də etmişdilər"./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar