Azərbaycanlı hakim tarixə düşdü (VİDEO, FOTO)
11.12.2015 1586 0.0 0

Azərbaycanlı hakimlər ilk dəfə Avropa Liqasının qrup mərhələsində oyun idarə edib. 

Məlumata görə, Əliyar Ağayevin başçılıq etdiyi briqada "Rapid" (Avstriya) - "Dinamo" (Minsk, Belarus) qarşılaşmasında ədaləti qoruyub.

Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Əliyar Ağayev 21-ci dəqiqədə qonaqların qapısına penalti təyin edib. Lakin Steffen Hofmann bu şansdan yararlana bilməyib.

Referi 90 dəqiqə ərzində cəmi bir dəfə sarı vərəqədən istifadə edib. O, 56-cı dəqiqədə "Rapid"dən Stepan Aueri cəzalandırıb.

 


Əliyar Ağayev

Qeyd edək ki, bu oyunda Əliyar Ağayevə Zeynal Zeynalovla Rza Məmmədov yardımçı olub. 4-cü hakim fuksiyasını Mübariz Haşımov yerinə yetirib. Rəhim Həsənovla Orхan Məmmədov isə əlavə köməkçi hakim kimi meydana çıxıb.

 

Ağayevin Avroliqa matçında təyin etdiyi penalti./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar