Azərbaycanlı hacıların ilk qrupu Bakıya dönüb
19.09.2016 535 0.0 0

Bu il həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən zəvvarlar artıq Vətənə dönməyə başlayıblar.
Məlumata görə, zəvvarların ilk qafiləsini gətirən təyyarə saat 16:30-da Bakıya enib. Daha bir təyyarə reysinin axşam saat 19:05-də Bakıya gəlməsi gözlənilir.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü hacı Həmdulla Babayevin “Report”a verdiyi məlumata görə, ilk gələnlər Bakıdan ziyarətə öncə gedənlərdir: "Mədinədə olan zəvvarlarımızın vəziyyəti yaxşıdır. Onlar şəhərdə olan müqəddəs yerləri də ziyarət ediblər. Zəvvarlar şəhəri gəzir, yaxınları üçün hədiyyələr alırlar".
O bildirib ki, sentyabrın 20-də uçuş olmayacaq: "Zəvvarların digər qrupları sentyabrın 21-də və 22-də Vətənə qayıdacaqlar".
Qeyd edək ki, bu il Azərbaycandan həcc ziyarətinə 1050 zəvvar qatılıb. /report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar