Azərbaycanlı fəallar tutuldu
27.03.2015 708 0.0 0

Tiflisdə Gürcüstan Azərbaycanlılarının Tələbə Assosiasiyasının (GATA) sədri Samir İsmayılov saxlanılıb.

Vesti.Az-a istinadla verilən məlumata görə, müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının liderlərindən biri Ramin Bayramov Tiflisdə hüquq-mühafizə orqanları Samir İsmayılovu və onun komandasını saxlaması barədə saat təqribən 01.30-da xəbər tutub. Onlar Tiflisin mərkəzi Vake rayonunda tutulub.

S.İsmayılov Gürcüstan azərbaycanlıları hərəkatının banisidir. Saxlanılanlar arasında onun həyat yoldaşı, həmçinin Elxan Nabiyev, təşkilatın rəhbəri Aslan Məmmədov, iki fəal Azər Ömər və Tamerlan Məmmədov, eləcə də "Azad zona" aktivisti Aqil Mustafayev var.

Maraqlıdır ki, saxlananlara kiməsə zəng etmək və tutulma haqqında məlumat vermək qadağan edilib. Təbii ki, bu, insanın hüquqlarının açıq şəkildə pozulmasıdır. Onları Daxili İşlər Nazirliyinin mərkəzi binasına aparıb, səhərə qədər orada saxlayıblar./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar