Azərbaycanlı cərrah Fərman Ceyranlı Gürcüstanda saxlanılıb
23.05.2017 759 0.0 0

Tanınmış azərbaycanlı cərrah, professor Fərman Ceyranlı Gürcüstanda saxlanılıb.

 

Məlumata görə, bu barədə Gürcüstan İctimai Televiziyası məlumat yayıb.

 

Gürcüstan mətbuatında gedən məlumatlardan aydın olur ki, F. Ceyranlının rəhbərlərindən biri olduğu “Lanset” klinikası ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Müraciətdə klinikada qanunsuz transplantasiya əməliyyatının icra edildiyi və bu əməliyyatlar zamanı iki nəfərin öldüyü bildirilib.

 

Klinikanın sahiblərindən olan F. Ceyranlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.

 

Bu gün F. Ceyranlının məhkəməsi keçiriləcək. Onun barəsində həbs-qətimkan tədbiri seçiləcəyi gözlənilir.

 

F. Ceyranlının rəhbərlik etdiyi “Lanset” klinikasından məsələ ilə bağlı hər hansı məlumat verilməyib, günün sonunda açıqlama olacağı bildirilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar