Azərbaycanın yeni avtomatı – AZ-7,62-FOTO
19.04.2016 887 0.0 0


Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində keçirilən DSA-2016 sərgisində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisəsində hazırlanmış EM-14 avtomat tüfəngi seriyasından yeni silahı – AZ-7,62 avtomatını ilk dəfə nümayişə çıxarılıb.

 “AzeriDefence”ə istinadən verilən məlumata görə, sərgidə məlumat verilib ki, 7.62×39 mm çaplı avtomatın çəkisi 3.8 kq, atış məsafəsi 1000 metr, darağının tutumu 30 patron, resursu 10 000 atışdır. Silahın gövdəsi üzərində pikatini relsi yerləşdirilib və kollimatorla dəstləşdirilib.

Avtomat sələfi EM-14-də olduğu kimi uzunluğu tənzimlənən 6 pilləli teleskopik qundağa malikdir. Ön hissədə əlavə – sökülüb qurula bilən ikinci tutacaq tətbiq olunub.

 

Azərbaycanın AZ-7,62 avtomatı 

Qeyd edək ki, bundan əvvəl – 2015-ci ilin fevral ayında MSN Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabi şəhərində keçirilmiş İDEX-2015 sərgisində ilk dəfə 5.56×45 mm çaplı EM-14 avtomatını nümayiş etdirib. EM-14 xarici dizayn baxımından AK-47 xəttinə əsaslanır. Lakin bu silah özünün texnoloji prinsiplərinə və tətbiq olunmuş yeniliklərinə görə “Kalaşnikov” avtomatından əhəmiyyətli şəkildə fərqlənir.

Sərgidə sentyabr ayının 27-dən 30-dək Azərbaycanda keçirilməsi planlaşdırılan ADEX-2016 sərgisinin təqdimatı da keçirilir./anspress/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar