Azərbaycanın xarici işlər naziri səfərə gedir
14.10.2016 508 0.0 0

Xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının 18-19 oktyabr 2016-cı ildə Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Təhsil və Maarifçilik: Sülh və Yaradıcılığa doğru yol” mövzusu altında keçiriləcək 43-cü xarici işlər nazirləri şurasında iştirak edəcək.
 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İƏT xarici işlər nazirlərinin şurasında Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar