Tarix: 09.12.2016,   Saat: 02:01, Cümə.          

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

Maliyyə Nazirliyi 01 oktyabr 2016-cı il tarixinə xarici dövlət borcu barədə məlumatı açıqlayıb.

 

Nazirlikdən verilən məlumata görə, 01 oktyabr 2016-cı il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 7 mlrd. 650,7 mln. ABŞ dolları (12 mlrd. 402,6 mln. manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 20,1% təşkil edib.

 

Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

 

Xarici dövlət borcu əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından ölkədə müxtəlif layihələrin maliyyələşməsinə, qalan hissəsi isə beynəlxalq maliyyə bazarlarından yerləşdirilmiş qiymətli kağızlar vasitəsilə cəlb edilib./APA/



  Bölmə: İqtisadi | Baxış sayı: 772 | Tarix: 25.11.2016, 15:32


Xəbərlər