Azərbaycanın veteran futbolçu Maşallah Əhmədov tutulub
15.12.2015 646 0.0 0

Azərbaycanın məşhur futbolçusu Maşallah Əhmədov saxlanılıb.
 
Binəqədi rayon Polis İdarəsindən  verilən məlumata görə, M. Əhmədov dələduzluqda təqsirləndirilir. Onunla bağlı idarəyə şikayət daxil olub və daxil olan şikayət əsasında polis araşdırmalara başlayıb.
 
Xatırladaq ki, Maşallah Əhmədov Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.
 
M. Əhmədovun saxlanması barədə ilk xəbəri “Bizimyol.info” saytı yayıb. Veteran futbolçuya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.  O, 72 min manatlıq dələduzluqda ittiham olunur. /apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar