Azərbaycanın neft qərarı xarici mətbuatda
18.02.2016 480 0.0 0

“Business Standard” agentliyi “Azərbaycan neft hasilatını dondurmaqdan imtina edir” başlıqlı məqalə dərc edib. Məlumata görə, məqalədə qeyd olunur ki, Azərbaycan neft qiymətlərinin ucuzlaşmasının qarşısını almaq üçün Səudiyyə Ərəbstanı və Rusiyanın xam neft istehsalatını müvəqqəti dondurmaq təşəbbüsünə qoşulmaq istəmir. 

“Biz neft istehsalını dondurmağı planlaşdırmırıq” deyə Azərbaycanın Energetika Nazirliyinin bəyanatından sitat gətirilib. Bundan əvvəl Səudiyyə Ərəbstanı, Qətər, Venesuela, qiymətlərin yenidən qalxması üçün neft hasilatını yanvar səviyyəsində saxlamağa dair razılığa gəlmişdi. 

Ancaq razılaşma digər iri neft istehsalçıları üçün qoşulub-qoşulmamaq baxımından şərti xarakter daşıyır və digər istehsalçıları bu təşəbbüsə cəlb etmək kifayət qədər çətin ola bilər deyə məqalədə qeyd olunur.

Həmçinin post-sovet Azərbaycanının bu il 40.7 milyon ton neft istehsal etmək niyyətində olduğu bildirilir.  Bu 2015-ci illn istehsal həcmi ilə müqayisədə 2.3 faiz azdır./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar