Azərbaycanın cüdo komandası qələbə ilə başladı
15.05.2017 977 0.0 0

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında cüdo üzrə komanda yarışlarına start verilib.

Trend-in məlumatına görə, ilk görüşdə Azərbaycanın kişi cüdoçularının komandası Qırğızıstan komandası ilə qarşılaşıb.

Gərgin keçən mübarizədə komandamız üstünlüyü tam ələ alaraq 5:0 hesabı ilə Qırğızıstan komandasına qalib gəlib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar