Azərbaycandan sonra növbə Rusiyanın ola bilər
21.01.2016 1073 0.0 0

Rusiya 2019-cu ildə baş tutacaq İkinci Avropa Oyunlarına ev sahibliyi edə bilər. Bu barədə məlumatı Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Aleksandr Kozlovski Lozannada təşkilatın bu il keçirdiyi ilk iclasında deyib.

"AOK-un ilk iclası çox konstruktiv oldu, düşünürəm ki, Rusiya Avropa oyunlarına ev sahibliyi etmək üçün layiqli namizəddir. Düzdür, doppinq sahəsində problemlərimiz oldu, amma buna baxmayaraq bizə qarşı münasibətlər yaxşıdır. Qarşıdakı oyunlar barədə müzakirələr də yaxşı keçdi. Biz hesab edirik ki, yaxın aylarda Avropa oyunlarının Rusiyada keçirilməsi məsələsi qəti həll olunacaq", - deyə Kozlovski bildirib.

 


Aleksandr Kozlovski - AOK İcraiyyə Komitəsinin üzvü 

 

Məlumat üçün bildirək ki, bu ilin may ayında İspaniyanın Taraqone şəhərində komitənin növbəti iclası keçiriləcək. İclasda Rusiyanın Avropa Oyunları - 2019-a ev sahibliyi edəcəyinin təsdiq olunacağı istisna edilmir.

 


Bakı-2015 Avropa oyunları

 

Komitə tərəfindən ilk Avropa Oyunları 2015-ci ildə Azərbaycanda keçirilib. 12-28 iyun tarixlərində baş tutan Bakı-2015 Avropa Oyunlarında ümumilikdə 20 idman növü üzrə yarışlar keçirilib. Yarışlarda Avropanın müxtəlif ölkələrindən təxminən 6000 idmançı 17 yarış günü müddətində öz ölkəsini təmsil edib, 253 medal dəsti uğrunda mübarizə aparıb. Medal cədvəlində ilk üç sırada Rusiya, Azərbaycan və Böyük Britaniya qərarlaşıb./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar