Azərbaycandakı mobil operatorların gəliri açıqlanıb
16.09.2016 633 0.0 0

Cari ilin yanvar-avqust ayları ərzində informasiya və rabitə müəssisələri 1 mlrd. 70,7 mln. manatlıq xidmət göstərib ki, onun da 72,2%-i əhali tərəfindən istehlak olunub.
 
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2015-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 9,2% artıb, bu sahədə əldə edilmiş gəlirin 81,3%-i qeyri-dövlət sektorunun payına düşüb.
 
Xidmətlərdən əldə edilən gəlirin 50,4%-i və ya 539,7 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar