Azərbaycanda uşaqlara ən çox bu adlar qoyulur (SİYAHI)
01.07.2015 539 0.0 0

Azərbaycanda yeni doğulan uşaqlara verilən adların statistikası açıqlanıb.

Məlumata görə, ötən illərdə olduğu kimi bu il də bənzər adlar ilk beşlikdə yer alıb. Uşaqlara verilən adlar arasında dini adlar üstünlük təşkil edir. 

Oğlan adları arasında ən məşhur ad Yusifdir. Bu ilin ötən dövrü ərzində 1377 oğlan uşağına Yusif adı verilib. Oğlan adları arasında ikinci ən məşhur ad isə Əlidir(1000). İlk beşliyi Hüseyn (951), Məhəmməd (615) və Murad (638) adları tamamlayır. 

Qız adları arasında ən məşhuru isə Zəhra adıdır. Bu ilin ötən dövrü ərzində 1356 qız uşağına Zəhra adı verilib. Hazırki statistikaya əsasən Nuray adı (1014) qız uşaqlarına verilən ikinci ən məşhur addır. Bu ilin ötən dövrü ərzində 899 körpə qıza Fatimə, 717 qıza Aylin, 618 qıza isə Zeynəb adı verilib. 

Son 5 ilin statistikasına nəzər salsaq görərik ki, oğlan uşaqlarına verilən ən məşhur ad Yusif (15505), qız uşaqlarına verilən ən məşhur ad isə Zəhradır (14233). 

2015-ci ilin I rübü ərzində Azərbaycanda 38 min 358 uşaq doğulub. Onlardan 20 min 378-i oğlan, 17 min 980-i qızdır. 2014-cü ildə isə ölkəmizdə doğulanların 53,6%-ni oğlanların, 46,4%-ni qız uşaqları təşkil edib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar