Azərbaycanda universitet prorektoru vəfat edib
29.03.2017 895 0.0 0

Azərbaycan elminə ağır itki üz verib. Azərbaycan Dillər Universitetindən verilən xəbərə görə, ali məktəbin elmi işlər üzrə prorektoru Dünyamin Yunusov martın 28-də vəfat edib.

 

Dünyamin Nurqələm oğlu Yunusov 1951-ci il yanvarın 10-da Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub. 1957-1967-ci illərdə həmin kənddə orta məktəbi əla qiymətlərlə başa vurub və 1968-1973-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil alıb.

 

Həmin ali məktəbi 1973-cü ildə fərqlənmə diplomu ilə bitirərək Elmi Şuranın qərarı ilə İngilis dilinin qrammatikası kafedrasında müəllim saxlanılıb. 1973-cü ilin noyabrından 1974-cü ilin noyabr ayınadək ordu sıralarında xidmət edib və 1975-ci ilin yanvar ayından İngilis dilinin qrammatikası kafedrasında müəllimlik fəaliyyətini davam etdirib. D.Yunusov müəllimlikdən professorluğadək uzun yol qət edib.

 

O, iyirmi kitabın və dörd yüzə yaxın elmi məqalənin müəllifi olub. Müxtəlif vaxtlarda o, ADU-da dekan müavini, kafedra müdiri, TEC-in sədri, “Təhsil və elm” komissiyası sədrinin müavini olub və 25.11.2015-ci il tarixdən 2016-cı ilin dekabrınadək ADU-nun rektoru  vəzifəsini icra edib.

 

D.Yunusov ilk dəfə Azərbaycanda “İngilis və Azərbaycan dillərinin müqayisəli tipologiyası” / Comparative typology of the English and Azerbaijani languages / adlı dərslik nəşr etdirib və bu dərslikdən respublikamızın əksər universitetlərinin filologiya fakültələrinin tələbələri istifadə edirlər. D.Yunusov Avropa Nəşr Mətbuat Evinin təsis etdiyi “Ən yaxşı tədqiqatçı alim” qızıl medalına layiq görülüb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar