Azərbaycanda tragikomik hadisə -Siçan kassadan pulları aparıdı - VİDEO
11.10.2019 543 0.0 0

Saatlıda mağaza sahibinin başına tragikomik hadisə gəlib.

 

Qazeta.info Xezerxeber.az-ın məlumatına əsasən bildirir ki, rayonun Xanlar kəndində ərzaq mağazası işlədən Rəhman Piriyev kassadan pulun yoxa çıxdığını görüb. O, hər gün səhər mağazaya gələrkən axşam sayıb kassaya qoyduğu pulların əskik olduğunun şahidi olub.

 

Hadisədən təşvişə düşən Rəhman Piriyev mağazada olan kameraya baxmaq qərarına gəlir. Məlum olur ki, kassadakı pulları siçan aparırmış. Görüntülərdən aydın olur ki, siçan 11 dəqiqə ərzində 324 manat pulu öz yuvasına daşıyıb.

 

Mağaza sahibi pulları siçanın yuvasından götürüblər. Dediklərinə görə, pulların hec biri zədələnməyıb.

 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar