Azərbaycanda sürücü öz anasını avtomobillə vuraraq öldürüb
15.03.2017 1273 0.0 0

Ağdam sakini anasını avtomobillə vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verilir ki, Ağdam rayonunun Əfətli kəndində kənd sakini Niyaz Əliyev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən anası Filyar Əliyevanı vurub. Xəstəxanaya yerləşdirilən qadın orada ölüb.
Ağdam Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar