Azərbaycanda silah baronları tutuldu
13.05.2016 1118 0.0 0


Baş Cinayət-Axtarış İdarəsi əməliyyat-axtarış tədbirləri keçirdi.

Bərdə sakini silah-sursat satarkən tutulub. 

Qazeta.info bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Oxu.Az-a verdiyi məlumata görə, Bərdə rayon sakini Qafqaz Bədəlov 1 ədəd “AKSU” markalı silahı, 27 ədəd patronu və 1 ədəd patron darağını satarkən tutulub.

O, Baş Cinayət-Axtarış İdarəsi və Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə həmin silah və sursatı Q.Bədəlova verən Tərtər rayon sakini İsa Hüseynov da saxlanılıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar