Azərbaycanda şagirdlərin ümumi sayı açıqlandı
14.09.2016 647 0.0 0

 2016-2017-ci tədris ilində ölkə üzrə 164033 nəfər şagird I sinfə gedəcək.

 

Təhsil Nazirliyindən verilən xəbərə görə, 4472 ümumi təhsil müəssisəsində təhsil alacaq şagirdlərin ümumi sayı isə 1415242 nəfərdir. Yeni dərs ilində Bakı şəhəri üzrə 43397 şagird I sinfə gedəcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə yeni tədris ilində 354573 nəfər şagird təhsil alacaq.

 

Yeni tədris ilindən ölkə üzrə 29 yeni məktəb istifadəyə veriləcək (o cümlədən, Təhsil Nazirliyinin sifarişi ilə 7 məktəb). 17 məktəbdə əsaslı, 384 məktəbdə cari təmir işləri aparılıb. 10 təhsil müəssisəsinin tikintisi isə davam edir.

 

Bu il Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi ilə 2 internat məktəbi əsaslı təmir olunub istifadəyə veriləcək./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar