Azərbaycanda «Rusiya helikopterləri» mərkəzi açılacaq
10.08.2016 991 0.0 0

"Rusiya helikopterləri" ("Vertolyotı Rossii") servis mərkəzinin Azərbaycanda açılması haqqında saziş Bakıda bu il sentyabr ayının sonunda keçiriləcək "ADEX 2016" 2-ci Beynəlxalq Müdafiə sərgisi çərçivəsində imzalanacaq.

RİA "Novosti"yə istinadən xəbər verilir ki, bu barədə "Rusiya helikopterləri" holdinqindən bildiriblər.

Mərkəz "Mi-8/17" mülki helikopterlərə, gələcəkdə isə hərbi təyinatlı helikopter texnikasına xidmət göstərəcək.

Holdinqdən qeyd ediblər ki, servis mərkəzi "Silk Way Helicopter Services" müəssisəsinin bazasında fəaliyyət göstərəcək. Hazırda bu mərkəzin hərbi təyinatlı helikopterlərin əsaslı təmiri və texniki xidmət üzrə genişləndirilməsi məsələsi müzakirə edilir.

Daha əvvəl Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozin bildirib ki, Bakıda təyyarələrin yığılması üzrə zavod və helikopter texnikasının müasirləşdirilməsi mərkəzi açılacaq.

Xatırladaq ki, “ADEX 2016” 2-ci Azərbaycan Beynəlxalq Müdafiə sərgisi 27-30 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar