Azərbaycanda ər arvadını öldürdükdən sonra intihara cəhd edib
19.05.2016 447 0.0 0

Sumqayıtda qətl törədilib.
 
Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Tağıyev qəsəbəsində qeydə alınıb.
 
Qəsəbə sakini, 1987-ci il təvəllüdlü Famil Adıgözəlov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 1984-cü il təvəllüdlü Xalidə Adıgözəlovanı bıçaqlayaraq öldürüb. F. Adıgözəlov daha sonra özünə bıçaqla xəsarət yetirib.
 
O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar