Azərbaycanda ər 17 yaşlı arvadını qətlə yetirib- VİDEO
14.10.2016 1084 0.0 0

 İmişlidə qətl hadisəsi baş verib.

 

Məlumata görə, qətl hadisəsi gecə saat 01.00 radələrində İmişli  rayonunun Gövhərli kəndində baş verib.

 

Həmin kəndin sakini, 26 yaşlı Ağababa Əlibaba oğlu Nəsirov   arvadı, 1999-cu il təvəllüdlü Aygün Altay qızı Abdulxalıqovaya balta ilə 3 zərbə vuraraq qətlə yetirib. A.Nəsirov polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Faktla bağlı İmişli rayon Prokurorluğunda cinayət işi açılıb,  araşdırma aparılır./apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar