Azərbaycanda qız uşaqlarına 10 min manat veriləcək
26.02.2015 646 0.0 0

"Ailələrdə ikinci qız uşaqlarının və növbəti qız uşaqlarının adına hesab açılacaq. Həmin hesaba 10 min manat vəsait köçürüləcək".

Məlumata görə, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov deyib. O bildirib ki, 2015-2020-ci illər üçün nəzərdə tutulmuş Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramında qız uşaqlarının sayının artırılması məsələsi öz əksini tapıb:

"Hazırda Azərbaycanda hər 100 doğulan qıza 116 oğlan uşağı düşür. Ancaq ölkədə bioloji norma göstəricisi 105-dir. Bu onu göstərir ki, müəyyən müddətdən sonra qızların sayında azalma müşahidə olunacaq. Bu proses yalnız demoqrafik baxımından deyil, həm də iqtisadi baxımdan arzuolunmayandır. Məhz buna görə, təklif edirik ki, qız uşaqlarının sayının artırılması üçün stimullaşdırıcı metodlar həyata keçirilsin. İnzibati metodlarla qız uşaqlarının ana bətnində öldürülməsinin qarşısını almaq mümkün deyil. Çox təəssüf ki, bu, heç bir səmərə vermir. Məhz buna görə, ailələrdə ikinci qız uşaqlarının və növbəti qız uşaqlarının adına hesab açılacaq. Həmin hesaba 10 min manat vəsait köçürüləcək. Bu təklifimiz Dövlət Proqramına daxil edilib. Həmin vəsait qız uşaqlarının hesabına hissə-hissə köçürüləcək. Bu vəsaiti məktəb xərcləri üçün istifadə etmək mümkün olacaq. Təklif hazırda müəyyən yaş həddində olan ikinci qız uşaqlarına da şamil olunacaq". 

V.Bayramov bildirib ki, sözügedən Dövlət Proqramı layihəsi yaxın günlərdə Nazirlər Kabinetinə təqdim ediləcək./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar