Azərbaycanda qəribə hadisə: Toyuğun içindən toyuq çıxdı - VİDEO
05.12.2017 796 0.0 0

Saray qəsəbə sakini öz həyətində yetişdirdiyi toyuğu kəsən zaman qəribə hadisə ilə qarşılaşıb. Kəsilən toyuğundan içindən daha bir toyuq çıxıb. "Xəzər Xəbər” hadisənin səbəbini mütəxəssislərlə araşdırıb.

Həyətdə yetişdirdiyi toyuğu kəsən zaman onun içərisindən daha bir toyuq çıxdı.

Qəribə hadisə Abşeron rayonunun Saray qəsəbə sakininin başına gəlib. Toyuğun içərisindən toyuğa bənzəyən başqa bir canlının çıxması görənlərin heyrətinə səbəb olub. Bu qeyri adi hadisəni lentə alan sahibi görüntüləri Xəzər Xəbərin votsap nömrəsinə göndərib.

Məsələ ilə bağlı Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun böyük elmi işçisi Tahir Kərimov bildirir ki, bu mayalanma prosesinin pozulması nəticəsində quşlarda, eləcə də məməli heyvanlarda müşahidə olunan bir haldır. Bu proses hətta insanlarda da baş verə bilir.

Tahir Kərimov bildirir ki, bu hadisənin yaşanması toyuqlarda mayalanma prosesi gedən zaman hansısa hadisənin təsirindən baş verir.

Belə hadisələrlə rastlaşan vətəndaşlar toyuğun içərisindən çıxan həmin əlavə hissəni atmalıdır. Çünki, onun tərkibi qeyri-müəyyən olduğundan yeyilməsi tövsiyyə olunmur. Ancaq kəsilən toyuğun qalan hissələrinin yeyilməsində heç bir problem yoxdur.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar