Azərbaycanda oyun zamanı hakimlə məşqçi bir-birini söyüb
23.02.2016 662 0.0 0

Azərbaycanın aşağı yaşlılar arasında keçirilən futbol çempionatlarında hakimlərin təhqir olunma halları baş verib.

Məlumata görə, U-17 Liqasında AZAL-ın futbolçusu Əli Səfərov "Neftçi" İK ilə qarşılaşmada, "Bakı"nın oyunçusu Nicat Məmiyev isə "Xəzər Lənkəran"la qarşılaşmada belə hərəkətə yol verib.

Nəticədə onların hər ikisi AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalandırılıb.

U-12 Liqasının "MKT-Araz" (İmişli) – "Bahar-Gİİ" (Beyləqan) matçı başa çatdıqdan sonra isə qonaq komandanın baş məşqçisi Xudaverdi Tumusovla oyunun baş hakimi bir-birini təhqir edib. X.Tumusov 5 oyunluq diskvalifikasiyaya məruz qalıb. Baş hakim haqqında isə Hakimlər Komitəsinin lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırması qərara alınıb./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar