Azərbaycanda növbəti zəlzələ baş verib
17.11.2017 876 0.0 0

Azərbaycanda növbəti yeraltı təkan baş verib.

 

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 17:27-də Ağdam ərazisində zəlzələ qeydə alınıb.

 

Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

 

***

 

17:43

 

Azərbaycanda növbəti dəfə yeraltı təkanlar qeydə alınıb.

 

Məlumata görə, təkanlar daha çox Ağdam, Bərdə və ətraf rayonlarda hiss edilib.

 

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya qeyd olunan ərazilərdə afterşokların olduğu bildirilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar