Azərbaycanda məşhur müğənninin oğlu qətl törətdi
15.03.2016 2109 0.0 0


Bərdədə qətl hadisəsi törədilib. Rayonun Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Meşəçilik kəndi ərazisində qeydə alınıb. 1990-cı il təvəllüdlü Tural Vidadi oğlu Allahverdiyev aralarında yaranan şəxsi mübahisə zəminində 1992-ci il təvəllüdlü Məkan Hüseyn oğlu Rüstəmovu bıçaqlayaraq qətlə yetirib. İlkin məlumata görə, hadisəyə səbəb borc pul olub. 

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən Tural Allahverdiyev tutularaq istintaqa cəlb edilib.

Hadisənin başvermə səbəbləri hələlik bilinmir. Tutulan şəxs bundan əvvəl də 3 dəfə məhbəs həyatı yaşayıb.

Məlumata görə, Tural Allahverdiyev bir neçə il öncə dünyasını dəyişən müğənni Vidadi Bərdəlinin qeyri-rəsmi nigahdan olan oğludur.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.

 

Vidadi Bərdəli - müğənni

Müğənni Vidadi Bərdəli 2012-ci ildə qəfil vəfat edib. Onun oğlu Vüqar atasının ürəyində problemlər olduğunu deyib. Müğənni 53 yaşında dünyasını dəyişib.
Paytaxt xəstəxanalarının birində müalicə alan müğənninin vəfatına səbəb beyninə qan sızması olub. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar