Azərbaycanda keçiriləcək Avropa çempionatının 8 iştirakçısı dəqiqləşib
28.03.2016 580 0.0 0

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının Azərbaycanda keçiriləcək final mərhələsində iştirakı dəqiqləşən komandaların sayı 8-ə çatıb. Apasport.az saytının məlumatına görə, elit-raundun 2-ci qrupunda mübarizə başa çatmasa da, Ukrayna və İngiltərə milliləri növbəti mərhələyə vəsiqəni təmin ediblər.
 
Belə ki, ilk 2 oyunda qələbə qazanan komandalar 6 xalla qrupda liderlik edir. Onlar arasında keçiriləcək son turun görüşü 1-ci yerin taleyinə aydınlıq gətirəcək. Həmin yığma İtaliya, Belçika və Portuqaliya kimi qrup qalibi olaraq ölkəmizə gəlmək hüququ qazanıb.
 
Amma Ukrayna – İngiltərə duelində 2-ci olacaq komanda da Bakıya gələcək. Çünki ölkəmizdə 8 qrup qalibi və 2-ci yer sahiblərindən 7-si oynayacaq. 2-ci qrupda 2-ci olacaq komanda 1-ci və 3-cü yer sahibləri ilə matçlarda ən azı 3 xal toplamış olacaq. Bu isə artıq final mərhələsinə vəsiqə verir.
 
Məsələ ondadı ki, 8-ci qrupun ikincisi olan İspaniyanın cəmi 2 belə xalı var. Bu isə Bosniya və Herseqovina, İsveç, həmçinin Ukrayna – İngiltərə cütünün ikinci olanını da həlledici raunda yüksəlməsi üçün yetərlidi.
 
Qeyd edək ki, 16 komandanın qatılacağı Avropa çempionatında Azərbaycan millisi ev sahibi kimi qatılacaq. Turnir mayın 5-21-də baş tutacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar