​Azərbaycanda institutlardan birinin adı dəyişdirilib
10.12.2015 487 0.0 0

Nazirlər Kabineti “Azərbaycan RespublikasıTəhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.

Qazeta.info "Report"un məlumatına əsasən bildirir ki, dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Dəyişikliyə əsasən, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu adlandırılıb.

Bu, Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumlarının siyahısına da əlavə edilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar