Azərbaycanda iki rayon ləğv olunur
09.02.2022 303 0.0 0

Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarının ləğv edilməsi təklif olunur.

Qazeta.info "Report"un xəbərinə əsasən bildirir ki, bu, “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Dəyişikliklə Nizami və Kəpəz rayonlarındakı inzibati ərazi dairələri Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilir.

Qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin fevralın 11-də keçiriləcək iclasında birinci oxunuşda müzakirə ediləcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar