Azərbaycanda icra başçısının imzasını saxtalaşdırıblar
16.11.2017 859 0.0 0

Abşeron RPİ-nin əməkdaşları dövlət sənədini saxtalaşdıran şəxsi saxlayıb.

 

APA TV-nin xəbərinə görə, Şahbaz Cavadov icra başçısının imzası ilə təsdiqlənmiş sənədi saxtalaşdıraraq tikintiyə icazə verən sənəd hazırlayıb.

 

Dostuna 10 min manata yaxın borcu olduğunu deyən Şahbaz Cavadov sənədi öz təşəbbüsü ilə, tanışı Əkrəm Məlikova kömək etmək məqsədilə saxtalaşdırdığını deyib: "Tikintisi yarımçıq qalmışdı, kömək etmək istədim, sənədi saxtalaşdırdım".

 

Meyvə alveri ilə məşğul olan Şahbaz Cavadov ötən il Rusiyaya göndərdiyi maldan xeyli zərərə düşüb. Zərərçəkən isə ayrı-ayrı vaxtlarda  saxlanılan şəxsə 10 min manatdan çox pul verdiyini, lakin onu ala bilmədiyinin deyib. Şahbaz Cavadov borclu qaldığı pulun əvəzində rayon ərazisində 80 sot torpaq sahəsində ferma tikdirmək üçün lazım olan sənədi İcra Hakimiyyəti vasitəsilə rəsmiləşdirəcəyini bildirib.

 

Faktla bağlı dələduzluq maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılır. 


Digər xəbərlər:
Şərhlər
avatar