Azərbaycanda helikopter satışa çıxarılır
24.12.2016 1422 0.0 0

Azərbaycanda helikopter hərraca çıxarılır. Məlumata görə, hərrac 24 yanvar 2017 ci il tarixində baş tutacaq. Hərraca çıxarılan vertolyotu ala bilmək üçün azı 10% həcmində beh verilməlidir. 

Qazeta.info bildirir ki, Hərraclar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçirilir (Zeynal Xəlil küçəsi 11a). Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:

 

 

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. 10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesaba köçürülməlidir.

Hərraca çıxarılan 1992 ci il istehsalı olan Mİ-8 tipli helikopteridir.Hava gəmisinin satış qiyməti 320000 manatdan başlayır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar