Azərbaycanda hamilə qadın bıçaqlanıb
18.10.2016 502 0.0 0

Siyəzən rayonunda hamilə qadın bıçaqlanıb.

Məlumata görə, hadisə ailə münaqişəsi zəminində qeydə alınıb.

Belə ki, rayonun Zarat kənd sakini 1981-ci il təvəllüdlü Cəbrayılova Aynurə Süleyman qızı əri tərəfindən bıçaqlanıb.

Yaralı Siyəzən Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib. Burada zərərçəkmişin hamilə olduğu məlum olub.

Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar